Minimum pensiya artırılır
"Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan artırılaraq 280 manat olacağı nəzərdə tutulur”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.