RU

G20 sammitində Trampın qələbəsi geniş müzakirə olunacaq

Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi qarşıdan gələn G20 sammitində geniş müzakirə olunacaq...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən yazıb.

Qərbi Avropa ölkələrindən birinin adının açıqlanmasını istəməyən diplomat bildirib kji, Trampın hakimiyyətə gəlişi müxtəlif siyasi blokların şayiələrlə dolu, hər kəsin yalnız özünü dinlədiyi "kakofon əks-səda" otağına çevrilə bilər.

Politico-ya görə, Tramp özü G20-nin Rio-de-Janeyro sammitində iştirak etməyəcək, lakin onun görünməz varlığı "üfüqdə görünəcək". Nəşrin həmsöhbəti qeyd edib ki, ABŞ-ın seçilmiş prezidentinin təsiri həqiqətən nəzərə çarpır.

"Livanda yeni atəşkəs danışıqları var, Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib. Sanki güclü bir şey baş verdi və biz bütün dünyada sürətlənən partlayış dalğasını görməyə başlayırıq", deyə diplomat bildirib.

G20 sammiti noyabrın 18-dən 19-dək Braziliyada keçiriləcək. G20-nin prezidenti kimi Braziliya üç əsas sahəni müəyyənləşdirib: sosial inteqrasiya, beynəlxalq institutların islahatı və enerji keçidi.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники