RU

Paşinyanın partiyası: Müstəqillik Bəyənnaməsi dəyişməlidir

“Ermənistanın Müstəqilli Bəyənnaməsi Ermənistan müstəqil olmadığı dövrdə hazırlanıb”. Tribunainfo.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.
O qeyd edib ki, 1990-cı ildə qəbul edilmiş sənəd Ermənistanın bugünkü reallığı ilə ayaqlaşmır. Üstəlik o deyib: “Müstəqillik Bəyannaməsində təsvir olunan baxışda müstəqil Ermənistan Respublikası çox qeyri-real təsvir olunur”.
Xandanyan hesab edir ki, sözügedən sənəd Ermənistanı ciddi təhlükə altında qoyur. “Çünki həmin bəyənnamədə əksər ölkələrə qarşı müddəalar var. Müasir dünyada belə hallar qəbuledilməzidir. Bir növ biz özümüzü hədəfə gətiririk”.

Избранный
10
tribunainfo.az

1Источники