RU

Paşinyan Ermənistanda kütləvi istefaların səbəbini açıqladı

"İşdən çıxarılma silsiləsi şəxsi faktorlarla deyil, sistemli problemlərlə əlaqədardır" .

Milli.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədə məlumat verib.

Ermənistanın baş naziri Nikol Paşinyan yüksək rütbəli məmurların istefa dalğasını şərh edərək, onların getməsinin təşəbbüskarının məhz onun olduğunu təsdiqləyib. 

"Cəmiyyətdəki fəal müzakirələri nəzərə alaraq, mən bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən getməsini xahiş etmişəm", - deyə Paşinyan yazıb.

Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə bağlı deyil, daha əvvəl açıq şəkildə danışdığı sistem problemləri ilə bağlıdır.  Baş nazir, həmçinin "dövlətçiliyin inkişafına verdiyi töhfələrə və onun xahişini başa düşdüyünə görə" gedən rəsmilərə təşəkkürünü bildirib.

Qeyd edək ki, noyabrın 17-də KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryanın və rəhbərin istefaya getməsi ilə bağlı məlumatlar yayılıb. İstintaq Komitəsinin nümayəndəsi Argişti Kyaramyan,Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryanın ölkədən getməsi ehtimalı da müzakirə olunur. Bu gün isə onlara Ermənistan Ali Məhkəmə Şurasının sədri də qoşulub.

Nərmin Mahmudova
Milli.Az

Избранный
11
11
milli.az

6Источники