RU

Milli Uyğunlaşma Planları üzrə Yüksək Səviyyəli Dialoq keçirilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Milli Uyğunlaşma Planları (MUP) üzrə Yüksək Səviyyəli Dialoq keçirilib

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Milli uyğunlaşma planlarının (MUP) indi hərzamankından daha vacib olduğunu vurğulayıb və ədalətli və iqlimə davamlı gələcəyə doğru atılan hər bir addımın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən dəstəklənəcəyini qeyd edib.

Daha sonra söz alan Ruandanın ətraf mühit naziri Valentin Uvamariya bütün ölkələrin MUP-larla ilə bağlı aydın siyasəti olmalı olduğunu bildirib: “Buna görə də əməkdaşlıq və əməkdaşlığa dayanıqlılığı artırmaq, iqlim dəyişikliyinə qarşı dayanıqlılığı gücləndirmək edə biləcəyimiz əsas məsələdir, həmçinin mövcud qlobal davamlılıq səylərini də nəzərdən keçirmək vacibdir”.

Fici hökumətinin səhiyyə və tibbi xidmətlər naziri Ratu Atonio Rabici Lalabalavu isə eko-sistemin dəstəklənməsinin transformasiyası və bununla yanaşı maliyyələşdirmənin MUP-ların uğurlu icrası üçün çox vacib bir amil olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıların fikir mübadiləsi ilə davam edib.

Избранный
15
apa.az

1Источники