RU

“Hizbullah”ın mətbuat katibi öldürüldü

“Hizbullah” təşkilatı İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nabaa rayonuna hava hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə “Hizbullah”ın rəsmi “Telegram” kanalında məumat verilib.
Qeyd edək ki, bundan əvvəl “Əl-Cədid” telekanalı da Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadla Afifin öldüyünü xəbər verib. Telekanalın sözlərinə görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.
Afif “Hizbullah”ın informasiya xidmətinə 2014-cü ildən rəhbərlik edib. O, “Hizbullah”ın qurucu nəslindəndir və sentyabrın 27-də İsrailin hava hücumu zamanı öldürülən təşkilatın keçmiş lideri Həsən Nəsrullahın silahdaşı olub.
Afif “Hizbullah”ın ruporları olan “Al Manar” telekanalının, “Nur” radiostansiyasının və “Al-Ahed News” xəbər portalının işinə nəzarət edirdi
Избранный
11
2
bakupost.az

3Источники