RU

“Le Figaro” raketlərlə bağlı məlumatı sildi - Fransa və Britaniya Ukraynaya hələ icazə verməyib?

Xəbər verildiyi kimi, Fransanın “Le Figaro” nəşri ABŞ-nin ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya öz raketlərilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyini yazıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “Le Figaro” artıq bu məlumatı öz səhifəsindən silib. Sayt materialın yeniləndiyini bildirir.

Məqalədə yalnız deyilir ki, ABŞ Prezidenti Co Bayden bir neçə aylıq müzakirələrdən sonra Ukraynaya Rusiyaya qarşı Amerikanın uzaqmənzilli “ATACMS” raketlərindən istifadə etməyə razılıq verib: “Rusiya ərazisində Qərb raketlərinin istifadəsinə icazə verilməsi ilə bağlı artıq hökumət(Fransa hökuməti-red.) dairələrində müzakirələr gedir. Emmanuel Makron buna hələ 2024-cü ilin mayında Almaniyaya dövlət səfəri zamanı çağırıb”.

“AzPolitika.info” 

Избранный
19
azpolitika.info

1Источники