2024-cü ilin doqquz ayı (yanvar-sentyabr) ərzində Azərbaycanda 9,5 min iş yeri bağlanıb.
Gundem.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanan iş yerlərinin 37,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 34,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.