RU

Dominika nümayəndəsi: Xüsusilə kiçik ada dövlətlərinin inkişafı üçün iqlim maliyyələşdirilməsinə ehtiyacı var

“Biz iqlim dəyişikliyinə qarşı mübarizədə bəzi ərazilərdə mühafizə tədbirlərimizi yönləndirmək üçün yerli təcrübələrdən istifadə edirik. Eyni zamanda, biomüxtəliflik proqramlarımızı istiqamətləndirməkdə də bu biliklərdən yararlanırıq”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Dominika Birliyinin sosial və iqlim ədalətinin müdafiəçisi Vitney Melinard deyib.

O bildirib ki, diqqət yetirmək istədiyi əsas məsələ yerli xalqların təhsili, onların bilik və ənənələrinin siyasətlərdə və müzakirələrdə tətbiq edilməsidir. V.Melinardın sözlərinə görə, qlobal problemlərlə mübarizədə təhsilin rolu mühüm əhəmiyyət daşıyır: “Yerli xalqlar olaraq sahib olduğumuz bilikləri toplamaq, bu bilikləri gənc nəsillərə ötürmək və onları məlumatlandırmaq üçün çalışmalıyıq. Beləliklə, yalnız güclü bir cəmiyyət deyil, həm də möhkəm bir ölkə qurmuş olarıq,” - deyə o qeyd edib.

Melinard əlavə edib ki, ölkəsinin yaşıl enerji keçidində üzləşdiyi əsas çətinlik maliyyə mənbələrinin çatışmazlığıdır.

“Xüsusilə kiçik ada dövlətlərinin, o cümlədən Dominikanın inkişafı üçün iqlim maliyyələşdirilməsinə ehtiyacı var. COP29-da keçirilən müzakirələrdə yerli xalqlar arasında daha çox həmrəylik görmək və Karib dənizinin yerli xalqlarının daha geniş tanınmasını təmin etmək istəyirəm,” - deyə o vurğulayıb.

Избранный
12
yeniazerbaycan.com

1Источники