RU

"Tesla"nın səhmləri kəskin bahalaşdı - SƏBƏB

İlon Maskın rəhbəri olduğu "Tesla" şirkətinin səhmləri kəskin bahalaşıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, səhmlər ötən günün ilk yarısında 8%-dək bahalaşıb.

Məlumata görə, bahalaşma ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının pilotsuz nəqliyyat vasitələrinin tənzimlənməsini ABŞ Nəqliyyat Departamentinin prioritetinə çevirmək planları ilə bağlı xəbərlər fonunda qeydə alınıb.

Bildirilir ki, ölkədəki mövcud federal qaydalar sükan və pedalları olmayan avtomobil istehsal etmək istəyən şirkətlər üçün ciddi maneələr yaradır.

Ümumilikdə, ABŞ-də 5 noyabr səsvermə günündən bəri şirkətin səhmləri 28% bahalaşıb.

Избранный
28
2
hakimiyyet.az

3Источники