2024-сü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2057 ədəd çox (+86,6%) minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Minik avtomobilləri üzrə 01.11.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 213 ədəd olub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalaraq 495 ədəd təşkil edib. Traktorlar üzrə 01.11.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd olub.
2024-сü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 399 ədəd yük avtomobilləri yığılıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7% azdır. 01.11.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 37 ədəd olub.