Azərbaycanlı müğənni Mansur Samed vəfat edib.
Bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, sənətçi ötən gün dünyasını dəyişib.
Məlumata görə, M.Samed bir neçə gün öncə beyninə qan sızaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.