Bakıdan Neftçalaya qonaq gedən 3 yaşlı uşaq suda boğularaq ölüb.
Sherg.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gedən Bakı şəhər sakini 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.