RU

Cəbrayıl rayonunda 100 MVt-lıq günəş panelləri quraşdırılacaq

"Azerbaijan Green Energy Company" MMC tərəfindən Cəbrayıl rayonunda 100 MVt-lıq günəş panellərinin quraşdırılması ilə bağlı layihəyə yaxın müddətdə start veriləcək.

Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına layihənin direktoru Danial Aşurbəyov məlumat verib.

Onun sözlərinə görə, layihənin icra müddəti 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlinə nəzərdə tutulur. "Tikinti işlərinə 600-dən çox işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur. Layihəyə start verildikdən sonra isə 100-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır",- D.Aşurbəyov qeyd edib.

Əlavə olaraq bildirilib ki, layihənin icrası ilə bağlı "Azərenerji" ASC ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, istehsal edilən enerjinin satışı "Azərenerji" üzərindən həyata keçiriləcək. D.Aşurbəyovun sözlərinə artıq enerjinin alıcıları ilə də müvafiq müqavilələr imzalanıb. İstehsal ediləcək enerji "Norm" və “Baku Steel Company" tərəfindən alınacaq.

Hüseyn VƏLİYEV

Избранный
19
vergiler.az

1Источники