RU

Maşın almaq istəyənlərin nəzərinə – Bu model ucuzlaşıb

Son zamanlar qiymətində azalma müşahidə edilən avtomobillər sırasında BMW-nin F10 modeli yer alıb.

KONKRET.az xəbər verir ki, f10-un “dorestyle” modelləri bazarda 19-24 min arası məbləğə təklif olunur.

Bəs F10-lar niyə ucuzlaşıb?

Əvvəla onu qeyd edək ki, bazar qiymətinə təsir edən ən vacib şey tələbdir ki, f10-a da əvvəlki tələb yoxdur. Həm daha üstün və müasir texnologiyaya malik Çin avtomobillərinə marağın artması, həm modelin artıq köhnəlməsi, yanacaq sərfiyyatı, yürüyüşün ildən-ilə artması, ABŞ-dən ucuz qiymətə gətirilməsi və başqa bu kimi məsələlər modelin qiymətinə mənfi təsir edir.

Bu modellər artıq daha yeni BMW 5-ci seriya avtomobilləri (F90 və daha sonra G30) ilə əvəz olunub, yəni F10-lar köhnəlmiş texnologiya və dizayna malikdirlər. Texnologiya sahəsindəki sürətli inkişaf nəticəsində F10-un bəzi xüsusiyyətləri daha müasir modellər qədər cəlbedici deyil.

İkincisi, avtomobillər köhnəldikcə texniki xidmət və təmir ehtiyacları artır, bu da saxlanma xərclərinin artmasına gətirib çıxarır. Bu avtomobillərin mühərrik və ötürmə sistemləri, xüsusən də performans modellərində, köhnəldikcə bahalı təmir tələb edə bilər. Alıcılar daha müasir və etibarlı modellərə üstünlük verdikcə, F10-un bazar qiyməti düşməyə başlayır.

Eləcə də, avtomobilin yanacaq sərfiyyatı və ekoloji göstəriciləri müasir standartlardan geri qalır, bu da tələbatın azalmasına səbəb olur. Beləliklə, yaşlı modellərin bazarda daha sərfəli qiymətlərlə satılması təbii bir prosesdir.

Qeyd edək ki, Bakıda dövlət yol polisi xidmətinə verilən avtomobillərin bir qismi F10-dur. Bu avtomobillərin istismardan çıxarılıb hərraca qoyulmasından sonra F10-ların qiymətində kəskin düşüş gözlənilir./milliaz

Избранный
3
4
konkret.az

5Источники