Bu yaxınlarda yenilənmiş nüvə doktrinası Rusiyaya Ukraynadakı münaqişədə müvafiq silahlardan istifadə etməyə imkan verir.
Demokrat.az xəbər verir ki, MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin TASS- a müsahibəsində bildirib.
“İndi biz Rusiyanın nüvə reaksiyasına səbəb ola biləcək mövcud olan təhdidləri sadaladıq”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu, dronların və raketlərin kütləvi hücumlarına aiddir.
Çünki Rusiya Federasiyası mərmilərin nüvə başlıqlarına malik olub-olmadığına və onların Rusiyanın nüvə infrastruktur obyektlərinə doğru uçub-uçmadığına əmin deyil.
Bununla yanaşı, Jarixin qeyd edib ki, Rusiya potensial təhlükələrə cavab olaraq nüvə silahlarından başqa digər silahlardan, məsələn, vakuum bombalarından istifadə edə bilər.