Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:50-də qeydə alınıb və maqnitudası 3,7-ə bərabər olub. Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.