RU

Rusiya rublu gərginlik səbəbindən dəyərini itirib

Rusiyanın nüvə doktrinasını yeniləməsi və Ukraynanın Amerika istehsalı olan Uzun Mənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) ilə ilk dəfə Rusiyaya hücum etməsi ilə dollar/rubl məzənnəsi100 səviyyəsindən yuxarı qalxıb.

Ukrayna Baydenin razılığından sonra ilk dəfə Rusiyaya ATACMS raketləri atdı

FED.az xəbər verir ki, Rubl dollar qarşısında dəyərinin təxminən 0,82 faizini də itirib. Dollar/rubl məzənnəsi 2023-cü ilin oktyabrından bəri ilk dəfə 100,5-ə yüksəlib.

Moskva Fond Birjası (MOEX) da dəyərinin 3 faizini itirərək 2639 bənd,  RTS indeksi isə 3 faiz azalaraq 831 bənd olub.

Rusiya prezidenti Vladimir Putin dünən ölkəsinə ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında Rusiyanın Braynsk vilayətinə Amerika istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə hücum edib. (Marja)

Избранный
8
2
fed.az

3Источники