RU

Blinken Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.

“ABŞ dövlət katibi Antoni C. Blinken bu gün Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb”, – sözçü Metyu Millerin yazılı açıqlamasında qeyd olunub.

Tərəflər “Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi” haqqında fikir mübadiləsi aparıblar.

“Onlar həmçinin Qəzzadakı humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqazda ləyaqətli və dayanıqlı sülhün əhəmiyyətinə toxunublar”, – açıqlamada diqqətə çatdırılıb.

Избранный
3
10
azpolitika.info

10Источники