RU

Dörd ölkənin generalı Bakıda GÖRÜŞÜR? – Azərbaycan müharibənin dayanması üçün…

Globalinfo.az siyasi şərhçi Əli Mustafayev ilə müsahibəni təqdim edir:

– Əli bəy, regionda vəziyyətin bir qədər gərgin olduğu məlumdur. Bakı şimaldan və cənubdan (İran, Rusiya) gözlənilən müharibələri nə dərəcədə real sayır?

– Şimalda və Cənubda müharibələr gedir. Rusiya-Ukrayna və HƏMAS-İsrail savaşı davam edir. Hər iki istiqamətdə də müharibələri dayandırmaqla bağlı fəaliyyətlər var. Konkret olaraq ABŞ-da sonuncu prezident seçkisindən sonra belə bir ümid yaranıb ki, Donald Trampın hakimiyyəti dönəmində müharibələr dayana bilər. Tramp sülhün tərəfdarıdır. Buna görə də ehtimal olunur ki, yanvarın 20-sindən sonra atəşkəsin elan edilə, danışıqların başlaya bilər. İsrail-HƏMAS savaşı davam etsə də İsrail və Livan arasında anlaşma var. Bunun əsas səbəbi isə Donald Trampın seçki prosesində kömək edən onun livanlı yeznəsidir. O ABŞ-dakı müsəlman icması ilə çox ciddi şəkildə işləyib. Hətta Livan-İsrail gərginliyinin dayandırılması ilə bağlı yazılı öhdəliklər də verib. Nəticədə müsəlmanlar Trampı dəstəklədi və o qalib gəldi. Ona görə də İsrail Baş naziri Benyamin Netanyahu və Tramp arasındakı dostluğu da nəzərə alsaq, artıq tərəflər arasında sülhün əldə edilməsi mümkün görünür. Bu istiqamətlərdə müəyyən addımlar atılır. Müharibələrin yaxın zamanlarda dayanması, zəifləməsi ehtimalı var.

– İsrail-İran və Qərb-Rusiya qarşıdurmasının fəsadları necə minimuma endirilə bilər? 

– Burada beynəlxalq birliyin müəyyən cəhdləri var. İsrail-İran savaşına qarşı çıxanların olması məlumdur. Azərbaycan və Türkiyə də müharibənin baş verməsini istəmirlər. Çünki bu müharibə Yaxın Şərqdə çox böyük dağıntılar və fəlakətlər yarada bilər. Ona görə də bunun dayandırılması istiqamətində müəyyən təşəbbüslər var. Son vaxtlar İran-İsrail qarşıdurması bir qədər səngiyib. Bu müvəqqəti xarakter daşıya bilər. Lakin davamlı olması da istisna edilməməlidir. Qərb-Rusiya qarşıdurmasına gəldikdə isə burada vəziyyət bir qədər fərqlidir. Burada ciddi geopolitik, ideoloji qarşıdurma var. Qərb Şərqə doğru genişlənmək istəyir. Rusiya isə yenidən böyük imperiya qurub Qərbin və digər güclərin qarşısında dayanmaq, dünyanı idarə edən əsas güc mərkəzlərindən biri olaraq qalmaqda maraqlıdır. Burada hərbi sahədə qarşıdurma dayanarsa, iqtisadi, ideoloji və digər sahələrdə gərginlik davam edəcək. Uzlaşma dövrü bitib. Dünyanı yenidən bölüşdürmək uğrunda savaş gedir.

– Azərbaycan gərginliyin azaldılması üçün hansısa fəaliyyətə keçə bilərmi?

– Azərbaycan İsrail və İranla yaxın münasibətdədir. İran qonşu dövlətdir, orada Azərbaycan əsilli prezident var. Onun üzərindən potensial olaraq İranın bəzi siyasətlərinə təsir etmək üçün imkanlar mövcuddur. İran və Azərbaycan arasında diplomatik münasibətlər dərinləşərsə, o halda rəsmi Tehranın xarici siyasətinə təsir edə bilərik.

İsrail ilə dostluq münasibətlərimiz var. Vaxtilə Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında mühüm rol oynayıb. Bu kontekstdən rəsmi Bakının İran-İsrail əlaqələrinə təsiri mümkündür. Lakin bu asan məsələ deyil. Hər iki tərəfin strateji maraqları var.


Избранный
16
paytaxt.org

1Источники