Gömrük Hospitalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində icra olunurÜmumdünya Səhiyyə Təşkilatının təsnifatına görə transplantasiya qüsurlu orqanın transplantasiyası və sağlam orqanın dəyişdirilməsidir. Qaraciyər, böyrək və ürək çatışmazlığının müalicəsində transplantasiya son ümid hesab edilir. Transplantasiya bu gün elmtutumlu və dinamik inkaşaf etməkdə olan müasir tibb texnologiyalarından biridir.Müasir dünyada orqan köçürülməsi tibbin ən böyük nailiyyətlərindən sayılır. Hazırda dünya üzrə nəql olunan orqanlar - böyrək, qaraciyər, ürək, ağ ciyər, mədəaltı vəzi, nazik bağırsaqdır.Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d., səhiyyə əlaçısı Mircəlal Kazımi Azərbaycan Respublikasında ilk dəfə qaraciyər transplantasiyasını icra etmiş, bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirmişdir. Azərbaycanda icra olunan böyrək transplantasiyası əməliyyatlarının 90%-ni də Dr.Mircəlal Kazımi həyata keçirib.Son illər böyrək çatışmazlığı dünyada çox geniş yayılıb və bu problemdən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dializ aparatlarına qoşulmaqla, hər gün böyrək köçürülməsi ümidi ilə yaşayır. Eyni zamanda yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.Hazırda Azərbaycanda orqan transplantasiyası ilə bağlı vəziyyət necədir? Xəstələrin bu yolla normal həyata qayıdışı mümkündürmü və bunun üçün ölkə hüdudlarında orqan transplantasiyası əməliyyatlarına götürülən xəstələr hansı fəsadlar yaşayır? Bu və digər suallarla Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, t.ü.f.d., yüksəkixtissalı uzman həkim, öz işinin ustası Dr.Mircəlal Kazımiyə müraciət etdik.-Doktor, orqan transplantasiyası nə üçün lazımdır və nəyə görə onun bütün dünyada getdikcə aktuallaşması müşahidə olunur?- Sağlamlıq bəşər övladına bəxş edilən ən böyük nemətdir. İnsan həyatının müqəddəsliyi əsas dəyərlərdən biridir.Orqan donorluğu həyatları xilas edir, gözlənilən ömür müddətini artırır və orqan transplantasiyası alan insanların həyat keyfiyyətini yaxşılaşdırır. Orqan donorluğuna razılıq qarşılıqlı yardım və həmrəylik dəyərlərini, bir-birimizə kömək etdiyimizi və bir-birimizə ehtiyacımız olduğunu başa düşməyi ehtiva edir.Xəstənin zədələnmiş orqanının donordan sağlam və işlək orqanı ilə əvəz edilməsinin tibbi proseduru tibb elminin daimi tərəqqisi sayəsində baş verir.Orqan transplantasiyası sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün yeganə şansdır.- Ölkəmizdə orqan transpantasiyasına nə vaxtdan başlanıb və onun indiki vəziyyəti barədə nə deyə bilərsiniz?-Azərbaycanda ilk dəfə orqan transplantasiyası 1971-1972-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunan böyrək transplantasiyası əməliyyatı olmuşdur. Bir müddət sonra bu əməliyyatlar dayandırılmışdır. 1990-cı illərdə Azərbaycan müstəqillik əldə etdikdən sonra prof. Kamal Abdullayevin rəhbərliyi ilə xarici mütəxəssislərin köməyi ilə 20-yə yaxın böyrək transplantasiyası həyata keçirilmişdir və bununla ölkəmiz Orta Asiyada və Qafqazda orqan transplantasiyası intibah dövrünü yaşamağa başladı. İlk dəfə olaraq Azərbaycan Respublikasında mənim rəhbərliyim altında canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi. Yəni, Azərbaycanda mən ilk qaraciyər transplantasiyası əməliyyatını icra etdim. 2010-cu ildən etibarən peşəkar komandamız yarandı və azərbaycanlı həkimlərdən ibarət qrup formalaşdı, qrupa Türkiyədə, İngiltərədə,Yaponiyada təhsil almış mütəxəssislər qoşuldu. Nəticə etibarilə sırf azərbaycanlı kadrlardan ibarət olan qrup yaradıldı və aktiv surətdə orqan transplantasiyası əməliyyatlarını icra etməyə başladıq.Hal-hazırda bizim ölkəmizdə canlı transplantasiya proqramı işləndiyi üçün yalnız canlı qohum donorlardan alınan qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 2008-ci ildən sonra isə mən deyərdim ki, Azərbaycanda orqan transplantasiyası dövrü yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu, məhz azərbaycanlı həkimlərin komandaya qoşulması sayəsində baş verdi. Bizim sayəmizdə bu işlər görülməyə başladı. İlk əvvəl orqan transplantasiyası bir neçə səbəbdən qəribə gəlirdi. Birincisi, həkimlərimiz orqan köçürülməsi əməliyyatlarına şübhə ilə yanaşırdılar. Eləcə də, xəstələr əsasən bu məqsədlə xarici ölkələrə gedirdilər, ölkədə həkimlərə, orqan köçürülməsinə inam yox idi.Azərbaycanda biz ilk dəfə bu əməliyyatlara başlayandan sonra xəstələrin bizə inamı artdı. Onlar hətta donorlar da tapıb gətirir və sağlamlıqlarını bizə etibar edirdilər. Mən qürur duyuram ki, indi Azərbaycanın tibb tarixində bizə müraciət edən və inanan xəstələr vardır. Bu, şəxsən mənim üçün böyük uğurdur ki, mən Azərbaycan tibb tarixində ilk dəfə qaraciyərin köçürülməsini müvəffəqiyyətlə icra etdim və biz ilk dəfə Azərbaycan həkiminə böyük inamın yaranmasını əldə etdik. Xəstələr artıq transplantasiya əməliyyatı üçün xarici ölkələrə üz tutmurlar. Bu da bizim özümüz və dövlətimiz üçün böyük bir prestij yaradır. Mən hər zaman fəxr edirəm ki, dövlətimizin bizə ayırdığı maddi dəstək hesabına təhsilimizi davam edib vətənimizə qayıtdıq və işimizi həyata keçirməyə başladıq.-Bu günə qədər neçə orqan transplantasiyası əməliyyatı icra etmisiniz? Onların hamısı uğurlu olubmu?Bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatı icra etmişik. Təbii ki, mən təkcə orqan transplantasiyası ilə məşğul deyiləm. Mən həm də ümumi cərraham, ona görə də, ən mürəkkəb sayılan qaraciyər, böyrək, mədəaltı vəzi, öd yolları üzərində aparılan ümumi cərrahi əməliyyatları Mərkəzi Gömrük Hospitalında uğurla icra edirik. Bunun üçün zəruri olan həm insan resursu, həm texniki imkanlar mövcuddur, hər işdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyini görürük. Əməliyyatların uğurla başa çatması üçün reanimasiya və digər yardımçı xidmətlərin peşəkar işini qeyd etmək istəyirəm. Bizim hospitalda icra olunan ən mürəkkəb cərrahi əməliyyatlar peşəkarlardan ibarət komandanın birgə işidir.Bizə müraciət edən xəstələr arasında ağır vəziyyətdə və gecikmiş fazada xəstəxanaya çatdırılan xəstələr olur. Orqan transplantasiyası əməliyyatı adi bir cərrahi əməliyyat qrupuna aid deyil, o, xəstənin ailəsi və həkimlər tərəfindən xəstəyə yaşamaq üçün verilən bir şansdır. Təsəvvür edin, əməliyyat edirəm, qaraciyəri sirroza uğramış xəstənin hər hansı orqanı tamamilə yerindən sökülüb çıxarılır, onu başqa orqanla əvəz edirik və ya xəstəyə yeni böyrək köçürülür. Xəstə yeni dərmanlar alır, bə dərmanlarla xəstənin bütün orqanizmi dəyişir. Bizim əməliyyat etdiyimiz xəstələr arasında məsələn, qaraciyər transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 85%, 3 il həyatda qalma faizi 72-76, 5 il həyatda qalması isə 65%-dir. Bu çox ciddi rəqəmdir. Böyrək transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 95-98%, yəni əməliyyat olunmuş 100 xəstədən 98-i həyatda qalır, həyatını normal orqanla davam etdirir, 2 il həyatda qalması 88-90%, 5 il həyatda qalması 75-78%-dir. Bu, artıq ciddi bir rəqəmdir və bütün dünyada qəbul olunub. Qaraciyər transplantasiyası proqramımız Avropa qaraciyər transplantasiyası reyestri tərəfindən tanınıb və biz ora üzv qəbul olunmuşuq. Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik.-Mircəlal həkim, ciddi və riskli sahədə işləyirsiniz. Nəticələriniz barəsində nə deyə bilərsiniz?-Lazımi və zamanında müayinələrə getmək çox vacibdir. Profilaktik müalicələri almayan xəstələr əməliyyat üçün son anda, tükənmiş vəziyyətdə gəlirlər. Təbii ki, bu bilavasitə əməliyyat nəticəsinə təsir edir. Lakin buna baxmayaraq istər böyrək, istərsə də qaraciyər transplantasiyası nəticələrimiz dünya mərkəzlərinin nəticəsi kimidir. Məhz buna görə də European Liver Transplant Registry Mərkəzinə qəbul olunmuşuq.Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərdiyim illər ərzində bir çox ilklərə imza atmışıq. Qazandığımız nailiyyətlər arasında bəzilərinin adlarını çəkmək istərdim. İlk dəfə olaraq 7 aylıq (6 kq) körpəyə qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatları məhz bizim tərəfimizdən icra olunub.-Orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?-Ümumilikdə, orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20% civarındadır. 100 əməliyyat olunmuş xəstənin 20-sində fəsadlar ola bilər. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, dərmanların təsirinə reaksiyası, başqa xəstəliklərinin olması və s. ilə əlaqədardır.-Həyata qaytardığınız xəstələr yeni köçürülmüş orqanla normal həyat sürə bilirlərmi? Bu yeni orqanla yaşamaq hansı müddətə hesablanır? Buna mane olan səbəblər varmı və bunları necə aradan qaldırmaq olar?-Bilirsiniz, orqan köçürülməsi əməliyyatından sonra hər şey öz qaydası ilə getdiyi halda xəstələr normal həyatlarına qayıdırlar. Normal cəmiyyətə, ailələrinə, sosial işlərinə, əmək və əqli fəaliyyətlərinə davam edirlər. Bu xəstələr arasında müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar var. Hətta idmançılarımız var ki, onlar əməliyyatdan sonra idmana qayıda biliblər. Xəstələrimizdən 11 nəfəri əməliyyatdan sonra dünyaya övlad gətiriblər. Transplantasiya olunmuş xəstələr sadəcə unutmamalıdırlar ki, onlara qohumları tərəfindən orqanlar bəxşiş edilib və o əmanəti mütəmadi müayinələrdən keçməklə və dərmal preparatlarını qəbul etməklə, sağlam həyat tərzi aparmaqla həmin orqanı qoruyub saxlamalıdırlar. -Orqan transplantasiyası üçün donorlar necə axtarılır və xəstə onu hansı müddət ərzində gözləməli olur? Təcili donor lazım olduqda onları necə tapırsınız?-Bu tək bizi yox, bütün dünyanı maraqlandıran aktual məsələdir. Çünki xəstələrin sayı getdikcə artır, donorların sayı isə xəstələrin sayı ilə tərs mütənasibdir. Hal hazırda yalnız qohum olan canlı donorlardan orqan transplantasiyalarını edirik və düşünürəm ki, yaxın gələcəkdə qanunverilicilkdə orqan transplantasiyası ilə bağlı baş verən dəyişikliklər donorların sayının artmasına imkan verəcək. Hazırda Milli Məclis tərəfindən qanun layihəsi işlənilir, orqan transplantasiyası haqqında qanuna dəyişikliklər olacaq.Bütün orqan çatışmazlığından yetərli qədər əziyyət çəkən xəstə var. Təəssüf ki, biz hal-hazırda yalnız canlı donorlu orqan transplantasiyası etdiyimizdən, qaraciyər və böyrək transplantasiyası ilə kifayətlənirik. Bizim də digər dövlətlərdəki kimi meyit orqanının istifadəsinə ehtiyacımız var. Bu məsələ də öz həlli yoluna düşsə, canlı donor şansı olmayan xəstələr də bundan faydalanıb sağlamlıqlarına qovuşacaqlar. Düşünürəm ki, meyit orqanlarından istifadə edəcəyimiz günlər yaxındadır. Mən buna şəxsən inanıram, çünki cənab prezident Ilham Əliyev tərəfindən yenilənmiş qanun qüvvəyə minib və bu iş üzrə fəaliyyət planı var. Nəticəsi tezliklə olacaq.-Hər kəsə məlumdur ki, orqan transplantasiyası əməliyyatının icrası bütün dünyada çox bahalı prosedurdur. Müxtəlif ölkələrdə qiymətlər fərqlidir. Əhalinin hər təbəqəsindən olan vətəndaşlarımızın bu əməliyyata imkanı yoxdur. Bu barədə nə deyə bilərsiz?-Çox şükürlər olsun ki, son vaxtlar əhalinin bu əməliyyatlara əlçatanlığını təmin etmək üçün Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə qaraciyər və böyrək transplantasiyası əməliyyatları da daxil edilib. Hazırda Hospitalımızın Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqlar komandası tərəfindən 2023-cü ilin avqust ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.-Doktor, maraqlı müsahibəyə görə təşəkkür edirik.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта