RU

BVF Somaliyə 100 milyon dollar məbləğində kredit ayırıb

BVF

Bakı, 21 dekabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Somali üçün geniş kredit xətti çərçivəsində təqribən 100 milyon dollar məbləğində yeni üçillik sazişi təsdiqləyib. Bu vəsaitin 40 milyon dolları dərhal ayrılacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media” portalı məlumat yayıb.

Bundan əvvəl BVF maliyyə tərəfdaşları ilə birgə Somalinin xarici borc xidmətlərinə 4,5 milyard dollar ayırmaq barədə qərar qəbul edib.

Qeyd olunur ki, BVF-nin maliyyə dəstəyi sayəsində Somali əsas iqtisadi və maliyyə təsisatlarının möhkəmləndirilməsində, eləcə də idarəetmənin təkmilləşdirilməsində əhəmiyyətli irəliləyişə nail olub. Lakin əldə olunan nailiyyətə baxmayaraq, Somali ciddi problemlərlə, o cümlədən iqtisadi, sosial, iqlim riskləri və təhlükəsizlik riskləri ilə bağlı problemlərlə qarşılaşır.

Nəşrin məlumatına görə, 2022-ci ildə Somali əhalisinin 54 faizi 1 günü azı 2 dollara yaşamaqla başa vurub. Hazırda ölkədə müşahidə olunan iqtisadi artım yoxsulluq səviyyəsinin azaldılması üçün kifayət etmir. Somali ölkənin iqtisadi artımına zərbə vuran və yoxsulluğun azaldılması üzrə səylərə mane olan iqlim sarsıntılarına çox həssas ölkədir.

Избранный
62
1
azertag.az

10Источники