Tarix: 21 Dekabr 2023 13:26
İsrail Müdafiə Ordusunun qırıcıları Livanda "Hizbullah"ın əməliyyat komanda mərkəzinə havadan hücum edib.
Milli.Az report-a istinadən xəbər verir ki, dekabrın 21-də İsrail ordusu Livanın cənubunda "Kafr-Kalu" adlı əraziyə havadan zərbə endirib.
Bildirilib ki, İsrail ordusu Livanla sərhəddəki bölgələri atəşə tutulandan sonra cavab tədbirləri görüb.
İsrail ordusunun məlumatına görə, Colan təpələrində həyəcan siqnalı verildikdən sonra Suriyadan İsrailə doğru atılan 4 raket aşkarlanıb. Qarşı tərəf cavab atəşi açıb.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта