RU

Dədə Qorqudun ad verdiyi kəndin adətləri – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər rayonunun Babacan kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Babacan kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqtisadi, mədəni həyatı, Novruz adət-ənənələri, saz-söz yaradıcılığı və aşıq sənətindən geniş söhbət açılıb.

Bildirilib ki, İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа tаm аdı Bаbаcаn dərəsi, 1728-ci ilə аid mənbədə isə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnıb. Dərə mülkədаr Bаbаcаnа аid оlub. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılıb.

Qeyd olunub ki, qədim Babacan əhalisi taun və ya hansısa epidemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağı ərazisinə köçüblər. Ehtimala görə, epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər sonra kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr Töstü və Şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib. Təsadüfi deyil ki, indi də şişqayalılar arasında həm Töstü həm də Şəbəndə nəslindən olanlar var.

Diqqətə çatdırılıb ki, kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 42 km məsаfədə yerləşir və bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə dağlarla əhatə olunub. 1991-ci ildə isə kəndin adını ermənilər dəyişdirərək Tsаrаtаğ qoyublar. Babacan kəndi Göyçə gölünün ətrafındakı ərazidə yerləşir. Kəndlə gölün arası təxminən 800-1000 metrdir. Babacan kəndi bir tərəfdən isə dağlarla əhatə olunub.

Sonda kəndin adının həm də Qızılkənd adlandırılmasına, bu oğuz yurdunda aşıq sənətinin bu gündə yaşadılmasının səbəblərinə və digər məsələlərə aydınlıq gətirilib.

Избранный
326
10
medianews.az

10Источники