RU

Qurban Yetirmişli: "Zəlzələni hiss etmədim, insanlar rahat yatsınlar"

“İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar”. Bu sözləri Manset.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O qeyd edib ki, zəlzələ paytaxt Bakıda hiss olunmayıb:

 

“Zəlzələ Saatlı-Şirvan arasında hiss olunub.Dərinliyi çox olsa da, qorxulu bir şey yoxdur. İnsanlar maqnitudanın 5.1 bal gücündə olmasına görə qorxmasınlar. Bakıda külək olanda da otuzuncu mərtəbədəkilər hiss edir. Mən özüm zəlzələni hiss etmədim. İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar”.

Tarix: 19 Yanvar 2024, 23:15   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
18
pravda.az

10Источники