Yanvarın 24-də “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri – “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüşüblər.Elchi.az xəbər verir ki, görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında və fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində həyata keçiriləcək müşahidə missiyası barədə məlumat verib.Sonra Əhməd Abbasbəyli seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə danışıb, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта