Bu gün Türkiyə, Gürcüstan, İran, Rusiya, Belarus, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan mütərəqqi gənclərin iqlim dəyişimələri ilə mübarizədə səylərini əks etdirən səslər COP29-a ev sahibliyi edən Bakı şəhərində səslənəcək.
Trend xəbər verir ki, bunu I Bakı Gənclərin İqlim Danışıqları tədbirində ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, düz 15 il bundan əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən gənclər təşkilatlarının statusunun genişləndirilməsi nəzərdə tutuldu. Bununla da onlara rəsmi məlumat almaq, konfranslarda, görüşlərdə iştirak etmək, həmçinin dəstək imkanı verildi.
“Bu addım, gənclər təşkilatlarının sayının artmasına və onların iqlimlə bağlı qərarların qəbulu prosesinin bir hissəsi olmaq barədə haqlı tələbinə uyğun cavab idi. Çunki bu gün iqlim siyasəti üzrə qəbul edilən qərarlar son nəticədə gələcəyimizi müəyyən edir.
BMT-nin İqlim Dəyişmələri Konvensiyası üzrə danışıqların tarixində ilk dəfə olaraq, PreCOP26-da (ЮСС) Youth4Climate manifestinin qəbulu ilə gənclərin ideyaları və səsləri diqqət mərkəzində olub.
Bu tədbirdə Azərbaycan nümayəndəsi, məktəbli qız da iştirak edirdi, lakin o, artıq tələbədir və COP28-də Azərbaycan nümayəndə heyətinin fəal üzvlərindən biri olub.
Qürurla qeyd etmək istərdim ki, COP28-də Azərbaycan nümayəndə heyətinin 60%-dən çoxu gənclərdən ibarət idi.
Onlar Azərbaycanın iqlim dəyişmələri sahəsində görülən işlər, Dövlət Başçısının müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, iqlim dəyişmələri fəsadlarının azaldılmasına və beynəlxalq səylərə töhfə verəcək planlarımız haqqında məlumatlar verirdilər.
İki həftəlik konfrans gündəliyinin ən diqqətçəkən hadisələrindən biri gənclərə, uşaqlara və təhsilə həsr olunmuş tematik gün idi və təbii ki, xarici qonaqların iştirakı ilə pavilyonumuzda təşkil olunan tədbir böyük maraqla qarşılandı.
Məmnunluq hissi ilə qeyd etmət istəyirəm ki, Azərbaycanda keçirilən COP29-da gəncləri təmsil edən iqlim çempionumuz təyin olunub. İki il ərzində gənclər hərəkatının fəalı Leyla Həsənova iqlim danışıqları gündəliyinə gənclərin töhfə verməsinə təkan olacaq.
Azərbaycanda iqtisadiyyatın yaşıllaşdırılmasına, infrastrukturun müasirləşdirilməsinə, innovativ yanaşmaların tətbiqinə dövlət investisiyaları ildən-ilə artır. Azərbaycanın inkişaf yolu - yaşıl vektorla səciyyələnir.
Ümid edək ki, ölkələr qlobal temperatur artımını 1,5 dərəcədən çox olmayan səviyyədə saxlaya biləcəklər.
Gənclər iqlim böhranının yaratdığı çətinliklər və risklər barədə getdikcə daha çox xəbərdar olurlar.
Dünya gənclərinin bu istiqamətdə səfərbərliyi bir daha onların innovativ ideyaların irəli sürülməsində böyük potensialını nümayiş etdirir”, - deyə o qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта