Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Rəsulzadə haqqında bioqrafik məlumat verilib, həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Məhəmməd Əmin irsi Azərbaycanın ictimai fikir tarixində böyük rol oynayır, dərindən öyrənilməsi və təbliği davam etdirilməlidir.
Kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirən Azərbaycan Universitetində görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunan tədbirlərin ənənəvi xarakter aldığını diqqətə çatdırıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərovun “ХХ əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda məruzəsi, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın dosenti Qurban Məmmədovun elmi seminarın mövzusu ilə bağlı çıxışları dinlənilib.
Sonra İstiqlal Bəyannaməsinin qəbulu, 1918-ci ilin mayında qurulan müsəlman Şərqində ilk cümhuriyyətinə Azərbaycan adının verilməsi, Rəsulzadənin alman faşizminə münasibəti, sovet dövründə Azərbaycan Xalq Cümhuriyəti haqqında yaradılan qərəzli ədəbiyyat, İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, elmi seminar Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı rəhbər tutularaq təşkil olunub.
Rizvan FIKRƏTOĞLUXQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта