RU

Naxçıvan Baş Gömrük İdarəsinin 2023-cü ildəki göstəriciləri 2022-ci ildəki rəqəmləri geridə qoyub

Muxtariyyətinin 100-cü ildönümünü böyük təntənə ilə qeydetdiyimiz qədim Naxçıvan diyarının qazandığı nailiyyətlərin miqyası hər keçən gün daha da genişlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamlar Naxçıvana olan diqqətin göstəricisi və inkişafın stimuludur. Təkcə Naxçıvan Baş Gömrük İdarəsinin fəaliyyətindəki göstəricilərlə bağlı 2022-ci illə 2023-cü ili müqayisə etdikdə bir sıra yeniliklərin şahidi olarıq.



NUHÇIXAN xəbər verir ki, 2022-ci illə müqayisədə idxalın həcmi 104, ixracın həcmi 151 faiz artıb.
Naxçıvan Baş Gömrük İdarəsinin illik hesabatına əsasən idxal-ixrac əməliyyatlarının müqayisəli təhlilinin nəticəsi göstərir ki, ötən il ərzində qeydə alınan idxal əməliyyatlarının həcmi 130,9 milyon, ixrac əməliyyatlarının həcmi isə 14,6 milyon ABŞ dolları dəyərində olub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcminin 104 faiz, ixracın həcminin isə 151 faiz artdığını göstərir. İdxal əməliyyatları əsasən Türkiyə, İran, Çin, Almaniya, Braziliya, ixrac əməliyyatları isə Rusiya, Gürcüstan, Yəmən, Türkiyə və İran iləaparılıb. İxrac olunan malların əsasını siqaret, ərzaq məhsulları, tikinti materialları və elektrik enerjisi təşkil edib.
Baş İdarə tərəfindən 2023-cü il ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 103 milyon 641 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılan gömrük ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45 milyon 234 min manat və ya 44 faiz artıq olub.
Naxçıvan gömrükçüləri illik proqnoz-tapşırığı 140,3 faiz yerinə yetiriblər.
Dövlət büdcəsinin gəlirlərinin Dövlət Gömrük Komitəsi tərəfindən formalaşdırılması istiqamətində Baş İdarə üzrə dürüstləşmədən sonra müəyyən olunmuş 64 milyon 494 min manat proqnoza qarşı 90 milyon 501 min manat vəsait toplanılıb, illik proqnoz-tapşırıq 140,3 faiz yerinə yetirilib.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanunu ilə müəyyən olunmuşyоl vergisi üzrə 1 milyon 150 min manat proqnoza qarşı 11 milyon 985 min manat və ya 1 042 faiz artıq, “İcazə” blankına görə dövlət rüsumu üzrə isə 270 min manat proqnoza qarşı 1 milyon 156 min manat və ya 428 faiz artıq olmaqla 13 milyon 141 min manat vəsait muxtar respublikanın büdcəsinə köçürülüb ki, bu da ümumilikdə muxtar respublikanın 2023-cü il ərzindəki büdcə gəlirlərinin 7,1 faizini təşkil edib.
2023-cü ildə ümumilikdə toplanılmış gömrük ödənişləri nə qədər olub?
Gömrük ödənişlərinin 42,2 milyon manatını və ya 41 faizini ƏDV, 32,3 milyon manatını və ya 31 faizini gömrük rüsumları, 15,9 milyon manatını və ya 15 faizini aksiz vergisi, 32,8 min manatını dəbbə pulu, 11,9 milyon manatını və ya 12 faizini yol vergisi, 1,2 milyon manatını və ya 1 faizini isə “İcazə” blankına görə dövlət rüsumu təşkil edib.
Qanunvericiliyə uyğun olaraq ümumi idxalın 32 faizi idxal gömrük rüsumlarından, ümumi idxalın 13 faizi isə əlavə dəyər vergisindən azad edilib. Habelə, artıq keçirilən yanacağa görə alınan spesifik gömrük rüsumunun məbləği 10 milyon 907 min manat olub ki, bu da 2022-ci ildə toplanan məbləğlə müqayisədə 1012 faiz artıq olub. Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna isə 3 milyon 338 min manat vəsait köçürülüb.
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
416
nuhcixan.az

1Источники