RU

Xalq yazıçısı Şamaxıda dəfn olunub

Ötən gün 81 yaşında dünyasını dəyişmiş Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.
Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayo­nun Kərkənc kəndində torpağa tapşı­rılıb. 
Dəfn mərasimində rayon icra ha­kimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ic­timaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Yazıçının həyat və yaradıcılığın­dan söhbət açılıb, ədəbiyyat və publi­sistikamıza xidmətləri qeyd edilib.
Sonra yazıçı vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib. 
Dəfn mərasimindən sonra Şamaxı Cümə məscidində ehsan süfrəsi təşkil olunub.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
232
xalqqazeti.az

1Источники