RU

Xocalı soyqırımı-32

Qisas qiyamətə qalmaz!

 

32 il əvvəl Azərbaycan, tarixdə bəlkədə bənzəri olmayan  bir faciə - Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda insanlıq əleyhinə törədilmiş soyqırım yaşadı. Ancaq bu qətliamdan əvvəl 1991-ci il iyun-dekabr aylarında Qarabağın dağlıq hissəsində Meşəli, Cəmilli, Tuğ, Sırxavənd, İmarət-Qərvənd, Kərkicahan, Umudlu və digər strateji əhəmiyyətli yaşayış məntəqələri məhv edildi, yüzlərlə azərbaycanlı öldürüldü, yaralandı və əsir götürüldü. 1992-ci il yanvar- fevral aylarında Qaradağlı, Qaybali, Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri işğal edildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi şəhərində yerləşdirilən keçmiş SSRİ-yə məxsus 4-cü ordunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı hərbi alayın köməyi ilə dörd aylıq blokadadan sonra əliyalın, köməksiz Xocalıya hücum edərək, bir gecədə qədim şəhəri viran qoydular. Şaxtalı və qarlı fevral gecəsində yerlə-yeksan edilmiş evlərini məcbri tərk edərək sağ qalmaq üçün dağlara, meşələrə qaçan silahsız əhalini erməni vandalları min bir işgəncə ilə qətlə yetirdilər. Sağ qalanların mütləq əksəriyyəti isə əsir düşdü, girov götürüldü, soyuqdan və şaxtadan donaraq həlak oldu. Rəsmi məlumatlara görə Xocalıda 613 nəfər öldürülmüş (106 qadın, 63 uşaq, 70 qoca olmaqla), 487 nəfər əlil olmuş, 1275 nəfər əsir düşərək ağlasığmaz zülm, təhqir və işgəncələrə məruz qaldılar. Hələdə 150 nəfərin taleyindən xəbər yoxdur. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Diri-diri yandırılan, gözləri çıxarılan körpə uşaqlar, süngü ilə qarınları yarılan hamilə qadınlar, təhqir olunan meyitlər və daha nələr. 7 min əhalisi olan Xocalıda genosid aktını həyata keçirən Ermənistanın məqsədi buranı yer uzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin ən qədim dövründən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələri, maddi mədəniyyət abidələri olan yaşayış məskəni idi. İşğaldan sonra bütün bunların məhv edilməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının  texnikalar vasitəsilə darmadağın edilməsi ermənilərin məqsədlərini təsdiq etdi. Xocalı dəhşətlərinin geniş ictimaiyyətə çatdırılması telerepartyorlar: Seyidağa Mövsümlü və Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır. Ancaq bu yalnız Azərbaycanın mili qəhrəmanı Allahverdi Bağırovun erməni polkovniki qatil Vitali Balasyan ilə apardığı danışıqdan sonra baş tutmuşdur. Allahverdi Bağırovun digər böyük xidməti isə  üç gün ərzində 1003 Xocalı əsirinin ermənilərin əlindən alması idi. Xocalı faciəsi zamanı 7 milli qəhrəmanımız: Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov, Şöhrət Həsənov   xüsusi qəhrəmanlıq göstərdilər. Onların hər biri canları və qanları bahasına qeyri bərabər döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək dinc əhalinin bir hissəsini mühasirədən çıxara bildilər.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən fevralın 26-sı Xocalı soyqırımı günü kimi qəbul olundu, 1997-ci il 25 fevral 498 nömrəli qərara əsasən 26 fevral saat 17:00-da Azərbaycan Respublikası ərazisində soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kompaniyası vasiəsilə baş verən genosid aktının dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi və siyasi qiymətin verilməsi uğrunda böyük işlər görülmüş və görülməkdədir. Hazırda dünyanın 16 dövləti və ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb. Lakin təəssüflər olsun ki, bu gün qondarma erməni soyqırımını tanıyan ölkələri əslində real Xocalı soyqırımını tanımaqdan imtina edirlər. Bu isə dünyada beynəlxalq hüququn işləmədiyini, ədalətsizliyin və ikili standartların mövcud olduğunu bir daha sübut edir.

 Xocalı soyqıırımı baş verdikdən az müddət sonra olanlar dünyanın nüfuzlu media orqanlarında (Milliyyət, Svoboda, Komsomolskaya Pravda, The Washington Post, The New York Times, The Guardian, Le Monde, The Irish, The Age, BBC, Reuters və s.) işıqlandırılsada təəssüf ki, bunu edən işğalçı dövlətə qarşı dünya birliyi tərəfindən heç bir ciddi tədbir görülmədi. Dünyanın cəzasız qoyduğu Ermənistana yalnız II Qarabağ -Vətən müharibəsiı (27 sentyabr-10 noyabr 2020-ci il) və 24 saatlıq antiterror əməliyyatı (19-20 sentyabr 2023) zamani Ali baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu qalib gələrək layiq olduqları cəzanı verdi. 30 ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarımız, o cümlədən qədim türk diyarı Xocalı düşmən tapdağından azad olundu. Ölkəmizin haqq savaşında bir neçə Xocalı cəlladının da məhv edilməsi soyqırım şəhidlərinin narahat ruhlarını az da olsa sakitləşdirdi. Əlləri köməksiz insanların, günahsız uşaqların qanına batan bütün Xocalı qatillərinin hamısı öz layiqli cəzalarını almasalar da gec tez  qüdrətli Azərbaycana cavab verəcək, haqq etdikləri cəzanı alacaqlar. O gün çox da  uzaqda deyil.

Uca ALLAH həmin günü Azərbaycan xalqına tezliklə bəxş edəcək.

Çünki qisas qiyamətə qalmaz!

 

Rasim  Nazim oğlu

tarix və siyasi elmlər üzrə araşdırmaçı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
243
50
moderator.az

10Источники