Ukrayna Yaponiya və Norveçdən qaytarılmamaq şərtilə 760 milyon dollar məbləğində qrant alıb.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə \"RBK Ukraina” məlumat yayıb.
Bildirilib ki, vəsaitlər dövlət büdcəsinin xərclərini qismən kompensasiya etmək və sair xərclər üçün istifadə olunacaq.
Eyni zamanda vurğulanıb ki, Ukrayna 2024-cü il ərzində 1,2 milyard dollarlıq xarici maliyyə yardımını Dünya Bankı vasitəsilə donorlardan artıq alıb.