RU

Bu il onlar üçün sertifikasiya imtahanı KEÇİRİLMƏYƏCƏK – RƏSMİ

“Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək”.

Ulusal.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yalnız diaqnostik qiymətləndirilmə olacaq.

“Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. Yəqin ki, proses hansısa region üzrə qrup şəklində olacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək”, – Bağırov deyib.

Избранный
50
13
moderator.az

10Источники