RU

Metallurgiya sənayesində 800,8 milyon manatlıq məhsul istehsal olunub

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-sentyabr aylarında 800,8 milyon manatlıq məhsul istehsal olunub.Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hazır metal məmulatlarının istehsalı sahəsində 13,7 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 28,9 faiz azalma müşahidə edilib.Həmçinin həmin dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı 47,2 faiz artıb, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 19,5 faiz, armatur istehsalı isə 29,8 faiz azalıb.© Azərtac

Избранный
514
1
valyuta.az

2Источники