RU

Yanvar-fevralda ÜDM istehsalı 5% artıb

2024-cü ilin yanvar-fevralında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda istehsal edilmiş əlavə dəyər 0,7% azalıb, qeyri-neft sektorunda isə 10,1% artıb. 
 
Əlavə dəyərin 39,9%-i sənaye, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 19,8%-i isə digər sahələrdə istehsal edilib.
 
Hesabat zamanı məhsula və idxala xalis vergilər ÜDM-in 11,3%-i təşkil edibƏhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olub. 
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Aygün Mirakif


www.anews.az
Избранный
314
6
anews.az

10Источники