Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağını proqnozlaşdırır. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir ki, 2024-2025-ci illər üçün yeni proqnoz ötən ay açıqlanan proqnoza nisbətən 0,1 faiz azdır.
Proqnozlara əsasən, cari ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,8 faiz, ikinci rübdə 1,8 faiz, üçüncü rübdə isə 4,2 faiz səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını proqnozlaşdırır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il respublikamızda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə isə 3,9 faizədək azalacaq. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 faiz, 2025-ci ildə 5,2 faiz təşkil edəcək.
XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта