Bu gün Odessa vilayətində matəm elan olunub. Vilayət hərbi adminstrasiyasının verdiyi məlumata görə, dünən rus ordusunun fərdi evlərin çoxluq təşkil etdiyi yaşayış massivinə atdığı 2 "İsgəndər-М" tipli raketi çoxsaylı təlafata və dağıntılara səbəb olub.Belə ki, ilkin məlumata görə, 20 nəfər həlak olub, 75 nəfər xəsarət alıb. Hazırda 42 nəfər xəstəxanada müalicə alır, onlardan 9 nəfərin vəziyyəti ağır dəyərləndirilir. 10 fərdi yaşayış evi, 3 mərtəbəli inzibati bina, texniki təchizat stansiyası, qaz xətti darmadağın edilib. Xilasetmə xidmətinin 2 avtomobili, bir təcili yardım olmaqla onlarla avtomobil yararsız hala düşüb.Həyatını itirənlər arasında tibb işçisi, xilasetmə xidmətinin əməkdaşı və iki yüksək rütbəli hərbçi, batalyon komandiri və müavini də var.“AzPolitika.info”
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта