Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” (“Элге берилген өмүрдүн көз ирмемдери”) kitabı qırğız dilinə tərcümə edilib nəşr olunmuşdur.
Bu kitabın nəşrində əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.
Kitabda SSRİ-nin mövcudluğunun son illərində dünyada və Azərbaycanda gedən proseslər, xalqımızın qarşılaşdığı faciələr barədə məlumat verilir. Müəlliflər görkəmli dövlət və siyasət xadimi, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu və Naxçıvan Muxtar Respublikasında olduğu dövrdə, sonradan Azərbaycana rəhbərliyi zamanı fəaliyyətindən, onun ölkəni və xalqımızı həmin illərdə Azərbaycanın başının üstünü almış bir çox fəlakətlərdən xilas etməsindən bəhs edirlər.
Kitabda, həmçinin Heydər Əliyevin təşəbbüsü ilə yeni tipli siyasi təşkilat olan və qısa müddətdən sonra ölkənin hakim partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması prosesi əks olunub. “Xalqa bağışlanmış ömürdən anlar” nəşri Ulu Öndərin 1969-cu ildən 1996-cı ilədək olan dördə həyat və fəaliyyətini xronoloji qaydada əhatə edir.
Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, Qırğız Respublikası Jokorqu Keneşinin (Parlamentinin) V və VI çağırışlar deputatı olmuş, respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə etmişdir.
Kitabın ilk səhifəsində yer almış siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin “Heydər Əliyev və Azərbaycanın milli dövlətçilik fəlsəfəsi” (Гейдар Алиев жана Азербайджан улуттук мамлекетинин философиясы) və ardınca gələn “Müasir Azərbaycanın qurucusu, xilaskarı və yaradıcısı.” siyasi elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin müəllifləri olduğu əsərləri İctimai xadim, Qırğızıstan Yazıçılar İttifaqının üzvü, Atatürk mükafatı laureatı, “Exo Manasa” teleradio şirkətinin baş direktoru, qırğızların və türkdilli xalqlar tarixinə dair bir çox kitabların müəllifi Toktoqaziyev Temirbek Şukurbekoviç qırğız dilinə tərcümə etmişdir.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ümidvardır ki, 500 nüxsə ilə, “Uluu Toolor” nəşriyyatında çap olunan bu nəşrin qırğız dilinə tərcüməsi qardaş ölkədə geniş kütlələrə Azərbaycan xalqının Ümummilli Lideri haqqında öz ana dilində daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək.
Qeyd edək ki fondun rəhbəri uzun illər Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin müqəddəs irsinin, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini eləcə də Azərbaycannın tarixini, ədəbiyyatını, mədəniyyətini yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.
Bu, fondun müxtəlif dillərə tərcümə etdirib, nəşr etdirdiyi 161-cı kitabdır.
Fond öz ənənələrinə sadiq qalaraq kitabı pulsuz yayacaq.
Cavid
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта