RU

Tikinti materialları ucuzlaşsa da, evlərin qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Bakı. Trend:

Rusiyada rublun məzənnəsinin dollara nisbətən dəyərdən düşməsiilə əlaqədar olaraq ölkəmizdə tikinti materiallarının da qiymətiucuzlaşıb. Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinənecə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspertElnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüziucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manatcivarında fərq edir.

"Lakin tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hərkvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımınaəsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdəçoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsiqalmayıb.

Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətətəklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşaetdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikintişirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikintişirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli binatikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır.Çünki bunun özü dövlət layihəsidir", - deyə ekspert əlavə edib.

E.Fərzəliyev bildirib ki, tikinti materiallarının ucuzlaşmasıhəyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri dəkəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlıtorpaqların azalmasıdır.

"Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyəyararlı torpaqların qiymətinin baha olmasıdır", - deyə o qeydedib.

Məqalədə:
Избранный
189
7
az.trend.az

8Источники