RU

Babək rayonun mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təkilatçılığı ilə Babək rayon İcra Hakimiyyətinin ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə kompleks mülki müdafiə təlimi keçirilib.



“İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən təlimə Babək rayonunun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, icra hakimiyyətinin mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının şəxsi heyəti və texnikaları cəlb edilib.
Təlimi Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev və Babək Rayon İcra Hakimiyyətinin başçısı-rayonun mülki müdafiə rəhbəri Ovni Muradov və digər rəsmi şəxslər izləyib.
Ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması məqsədilə keçirilən təlimin planına əsasən Babək rayon Nehrəm qəsəbəsində Rixter cədvəli üzrə təqribən 6-7 bal gücündə “şərti” zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində “şərti” dağıntılar baş verib, “ölən” və “xəsarət” alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib.
Əvvəlcə ərazidə kəşfiyyat işləri, məlumatların toplanması və təhlili aparılıb, görüləcək qəzа-хilаsеtmə və digər təхirəsаlınmаz işlərin həcminin müəyyən edilib. Sonra əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub. Hüquq-mühafizə orqanları tərəfindən ərazinin mühafizəsi təşkil edilərək əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alınıb, xilasetmə işlərinə cəlb olunan texnikaların hadisə yerinə sərbsət hərəkəti təmin olunub. Sonra fövqəladə hal zamanı yarana yanğınlar söndürülüb və xəsarət alan insanlar təxliyə olunub.
Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb və epidemiya əleyhinə tədbirlər görülüb. “Şərti” zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin edilib.
260-dan artıq şəxsi heyət və 45-dan artıq texnikanın cəlb olunduğu təlimin sonunda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.
 
 
 
 
 
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Избранный
150
nuhcixan.az

1Источники