RU

PR“Akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycan Respublikasının Mərkəzi Bankı “A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib. Qeyd etmək lazımdır ki, təşkilatın əsas səhmdarı qismində“Azercell Telekom” MMCçıxış edir. Beləliklə də,ölkənin telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil rabitə imkanlarını birləşdirən “akart” bu lisenziyanı alan birinci fintex həlli oldu.

Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda, “akart”ın “Apple” və “Google Pay” vasitəsilə təmassız ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı, genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri var.

Beləlikləvirtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat və sərfəli həll təqdim edir. Həllin məqsədi “akart” vasitəsilə ölkə əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinəvə rəqəmsal ekosistemin inkişafına töhfəsiniverəcək.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
19
far.az

10Источники