Koreya Xalq Demokratik Respublikası (KXDR) yenidən Koreya Respublikasının ərazisinə içərisində zibil olan balonlar buraxıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, KXDR mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb.