RU

“Premium Bank”ın vəzifəli şəxsi cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) \"Premium Bank” ASC-nin vəzifəli şəxsini cərimələyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində \"Banklar haqqında” Qanunun 40.1-ci maddəsinin, habelə \"Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulduğu aşkarlanıb.

Bu səbəblə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, \"Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.
Избранный
35
30
azxeber.com

10Источники