İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün (iyunun 11-də) səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Bu barədə Doğru.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hazırda faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ