RU

Visa sürətlə artan abunə iqtisadiyyatı üçün Subscription Manager adlı sadə və rahat funksiyanı təqdim edir

Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti bu gün maliyyə müəssisələri üçün Subscription Manager (“abunələr meneceri”) adlı yeni kompleks xidmətinin təqdim edilməsini elan etdi. Bu xidmət Visa kart sahiblərinə elektron abunələri rahat və sadə şəkildə birbaşa öz mobil cihazlarından izləməyə imkan verəcək.   

Abunə xidmətlərinin dünya bazarı ildən ilə artır. 2025 ildə onun qlobal həcminin heyrətləndirici 406 milyard ABŞ dollarına çatması gözlənilir. İstehlakçılar pərakəndə satışlar, ərzaq malları və sair bu kimi sahələrdə abunə xidmətlərindən istifadəni genişləndirdikcə, çeşidli abunələri və onlara bağlı ödəmələri idarə etmək getdikcə çətinləşir. 

Yeni Visa Subscription Manager aləti müntəzəm ödəmələrin əsas aspektlərini bir araya gətirərək kart sahiblərinə kart məlumatlarının harada saxlanmasını görməyə, onlardan hansı məbləğlər silindiyini izləməyə və abunələri sonlandırmağa imkan yaradacaq.

Hər bir platformanın şərtlərini izləmək çətindir və, bəzən, hətta abunə ləğv olunandan sonra istehlakçının hesabından vəsait gözə görünməz tərzdə silinə bilər, – deyərək Visa-nın 17 ölkə üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş şərh verdi. – Məqsədimiz bu prosesi sadələşdirmək və kart sahiblərinin öz pullarının kimə və nə vaxt ödənildiyinə əmin olmalarını təmin etməkdir.”    

Rəqəmsal ödəmələrin təhlükəsizliyinə və rəvanlığına dair istehlakçıların artan gözləntiləri ilə emitentlər də ayaqlaşmalıdır. Visa-nın bu yaxınlarda dərc olunacaq yeni hesabatında yer alan statistika bu tendensiyanı doğruldur: sorğuda iştirak etmiş istehlakçıların 63%-i bildirir ki, onları tamamən rəqəmsal pullar üzərində qurulmuş gələcək qane edir. Yeni rəqəmsal maliyyə alət və xidmətlərinin sürətli tətbiqi rəqəmsal transformasiyanı irəliyə aparır. İstehlakçılar vəsaitlərini idarə etmək üçün mobil tətbiqlərdən və pulqablarından getdikcə daha çox istifadə edirlər. Həmin hesabatda göstərilir ki, respondentlərin yarısından çoxu yalnız ötən ildə mobil pulqablarından yararlanmağa başladılar.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
2
banco.az

3Источники