RU

İlkin hazırlıq kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib

21 iyun 2024-cü il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlıq kursunu başa vuran mediatorların yekun imtahanı keçirildi.İmtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanıldı. İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvləri Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ilkin baza məlumatları ilə bağlı istiqamətlər üzrə suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.Qeyd edək ki, imtahanda 12 nəfər namizəd iştirak edib. Onlardan 11 nəfər namizəd isə məqbul nəticə almışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
2
businesstime.az

3Источники