RU

"Green Food Group" məhkəmə qarşısında

"Green Food Group" Qapali Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

Valyuta.az-ın məlumatına görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi(Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsi) ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

Sadiq İsbəndərli

Избранный
31
1
valyuta.az

3Источники