RU

“Azərbaycan Dəmir Yolları”ndan 3 qadına maşın hədiyyəsi ilə bağlı iddialara CAVAB

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur. Məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya “Toyota Carolla” markalı avtomobil verilib.  Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

"Azərbaycan Dəmir Yolları" yaydığı məlumatda bildirir ki, QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə  xidməti istifadə üçün avtomobillər verilir.

Bildirilib ki, qeyd olunan iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib. 

Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
6
marja.az

10Источники