RU

Şəkidə güclü külək evin damını uçurdu – FOTO  

Şəkidə qeyri-sabit hava şəraiti daha bir ciddi fəsad törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər baş verən qeyri-sabit hava şəraiti nəticəsində Şəkinin Baş Layısqı kənd sakini Rafiq Xəlilzadənin evinə ciddi ziyan dəyib. 

Belə ki, külək evin dam örtüyünü tamamilə uçurub. Nəticədə 4 otaqlı ev yararsız vəziyyətə düşüb. Kənd sakini yağış yağdıqca evinin tamamilə sıradan çıxdığını deyib. 

Qeyd edək ki, güclü külək bununla yanaşı sakinlərin digər təsərrüfatlarına da ziyan vurub. 





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
202
35
bizim.media

10Источники