RU

İran prezidentliyinə namizəd Məsud Pezeşkian: "Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm"

İranda prezidentliyə namizəd Məsud Pezeşkian əvvəlki müsahibələrin birində deyib ki, o, türkdür və Azərbaycanda doğulub.

İranda etnik azərbaycanlılar özlərini "türk" adlandırır.

Məsud Pezeşkian deyib ki, evdə uşaqlarını farsca danışmağa qoymayıb, Azərbaycan dilini nəzərdə tutaraq "türkcə" danışdıqlarını söyləyib.

Onun bu müsahibələri prezident seçkisinin birinci turunda rəqiblərini qabaqlamasından sonra paylaşılmağa başlayıb.

Məsud Pezeşkian iyunun 28-də keçirilən prezident seçkisində təxminən 1 milyon səslə rəqibini qabaqlayıb.

İndi Pezeşkian rəqibi Səid Cəlili ilə prezident seçkisinin ikinci turunda yarışacaq.

Məsud Pezeşkian islahatçıların, Səid Cəlili isə mühafizəkarların nümayəndəsi sayılır.

Videoya Youtube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
173
bbc.com

1Источники